• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Sumqayıt” ilk transferini gerçəkləşdirdi

İDMAN

05 Iyun 2023 | 21:27 | Müəllif: Subhan Mahmudov

“Sumqayıt” ilk transferini gerçəkləşdirdi

“Sumqayıt” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-2020-ci illərdə də “Sumqayıt”ın şərəfini qorumuş Mehdi Cənnətov bu müddət ərzində 63 oyun keçirib. Azərbaycan millisinin də formasını geyinən qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydana çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026