“Bavariya”nın hücumçusu Sadio Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, italyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Asiya ölkəsinin bir neçə klubu onun xidmətində maraqlıdır. Xüsusən “Əl-Əhli” seneqallı oyunçunun transferində israr edir. Vaxtilə “Liverpul”da Mane ilə birgə oynamış Roberto Firminonu heyətinə cəlb edən klub irəli xətdə həmin tandemi formalaşdırmaq istəyir.
31 yaşlı futbolçu keçən ilin yayında “Liverpul”dan “Bavariya”ya keçib.
















