• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Şenol Günəşə "Neftçi"dən DANIŞDI

İDMAN

04 Avqust 2023 | 12:55

Şenol Günəşə "Neftçi"dən DANIŞDI

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Tirana” ilə (2:0, ilk oyun - 3:1) oyundan sonra üçüncü təsnifat mərhələsindəki rəqibləri olan “Neftçi” haqda danışıb.

Bakıvaxtı.az xəbər verir ki, türkiyəli mütəxəssis həmin görüşlərə daha yaxşı hazırlaşmalı olduqlarını bildirib:

“Mövsümün əvvəlidir. Ona görə də hələ ki, oyunçular ideal formadan uzaqdırlar. Amma zaman keçdikcə daha yaxşı alınacaq. Zədəlilər qayıtdıqdan sonra biz indikindən qat-qat güclü olacağıq. Qarşıda bizi “Neftçi” ilə matçlar gözləyir. Daha yaxşı formada olmalıyıq. Daha yaxşı hazırlaşmalıyıq”.

“Neftçi” avqustun 10-da İstanbulda “Beşiktaş”ın qonağı olacaq. Cavab görüşü isə avqustun 17-də Bakıda baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026