• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ramosun yeni klubu bilindi - İldə 20 milyon avro qazanacaq

İDMAN

03 Sentyabr 2023 | 12:51 | Müəllif: Subhan Mahmudov

Ramosun yeni klubu bilindi - İldə 20 milyon avro qazanacaq

Serxio Ramosa Səudiyyə Ərəbistanından sərfəli təklif gəlib.

Bakıvaxtı.az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira yayıb. 

Mənbənin məlumatına görə, "Əl-İttihad" 37 yaşlı ispaniyalı ilə anlaşmağa yaxındır. Səudiyyə klubu veteran futbolçu uğrunda mübarizədə Türkiyənin "Qalatasaray"ını qabaqlayır. Ramosun Səudiyyə Ərəbistanına keçəcəyi təqdirdə maaşı ildə 20 milyon avroya çata bilər. Mərkəz müdafiəçisinin müqaviləsi iki illik olacaq.

Bu keçid baş tutsa, Serxio Ramos "Əl-İttihad"da uzun illər "Real Madrid"də birgə çıxış etdiyi hücumçu Kərim Benzema ilə yenidən bir araya gələcək./fanat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026