• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Sabah” Avropa Kubokunda ikinci matçına çıxacaq

İDMAN

03 Oktyabr 2023 | 10:52

“Sabah” Avropa Kubokunda ikinci matçına çıxacaq

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda bu gün növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada ikinci sınağını yerli komandaya qarşı verəcək.

Ötən gün Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində “Rabotniçki” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” üçüncü matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” (Buxarest) klubuna qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026