• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

DÇ: Millimiz 1/4 final oyununa çıxacaq

İDMAN

02 Noyabr 2023 | 09:14

DÇ: Millimiz 1/4 final oyununa çıxacaq

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstan ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki rmərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026