• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Güləşçilərimiz dünya çempionatında 5 medal qazanıblar

İDMAN

01 Dekabr 2023 | 22:31 | Müəllif: Subhan Mahmudov

Güləşçilərimiz dünya çempionatında 5 medal qazanıblar

Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü 5 medalla başa vurublar.

Bakıvaxtı.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Ziya Babaşov rusiyalı rəqibinə qalib gələrək qızıl medal qazanıb.

Yunan-Roma güləşçisi Ülvi Qənizadə də (72 kiloqram) əlcəzairli Merabet Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın digər təmsilçisi Murad Əhmədiyev (92 kiloqram) final görüşündə italiyalı rəqibini məğlubiyyətə uğradaraq birinci yerin sahibi olub.

Fərid Sadıqlı (55 kiloqram) və Azad Əliyev (82 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə rəqiblərindən üstün olaraq üçüncü yerləri tutublar.

Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb. Yarış dekabrın 3-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026