"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal "Nordjaelland"a 6:1 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
Bakivaxti.az xəbər verir ki, səfərdə oynanılan matçdan sonra təşkil edilən mətbuat konfransında danışan İsmayıl Kartal "Fənərbaxça" ictimaiyyətinə və komandasına yaraşmayan məğlubiyyət aldıqlarını bildirib.
Qarşılaşma ilə bağlı danışılacaq çox şey olmadığını vurğulayan Kartal, "Çox üzr istəyirik, bütün azarkeşlərdən üzr istəyirik. Amma azarkeşlərimiz bunu unutmasınlar, öz meydanında "Spartak" Trnava matçında "Fənərbaxça" özünə yaraşanı edəcək və qrupdan çıxacaq. Deyəcək çox şey yoxdur. Məğlub olduq. Bu, bizə yaraşmadı, azarkeşlərimizdən və ictimaiyyətimizdən üzr istəyirik” deyərək, mətbuat konfransını tərk edib.
Ziyafət Əlisoy















