• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Niderland - Azərbaycan oyununun hakimləri BƏLLİ OLDU

İDMAN

01 Dekabr 2023 | 11:23

Niderland - Azərbaycan oyununun hakimləri BƏLLİ OLDU

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində səfərdə Niderland yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Litvadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda ədaləti Dominykas Norkus, Mantas Pomeckis və İrmantas Kapraşovas qorumağa çalışacaqlar. "Timekeeper" isə niderlandlı Joern Te Kloeze olacaq.

Qeyd edək ki, dekabrın 20-də reallaşacaq Niderland - Azərbaycan görüşü saat 21:30-da başlanacaq. Millimiz dekabrın 15-də isə Rumıniyanı qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR