• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Liverpul" rekordunu təkrarlayıb

İDMAN

01 Dekabr 2023 | 17:52

"Liverpul" rekordunu təkrarlayıb

İngiltərənin "Liverpul" klubu rekordunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Mersisayd təmsilçisi buna UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Avstriyanın LASK komandasını məğlub etməklə (4:0) nail olub.

“Qırmızılar” cari mövsüm doğma meydanda keçirdiyi 10 qarşılaşmanın hamısında qalib gəlib. Klub tarixində dördüncü dəfə bunu bacarıb. "Liverpul" 1893/1894 (16 qələbə), 1972/1973 (11) və 1985/1986 (13) mövsümündə bu rəqəmə çata bilib.

Qeyd edək ki, mersisaydlılar Avropa Liqasında E qrupunda 12 xalla liderdir. Komanda Premyer Liqada 28 xalla üçüncü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026