• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Kəpəz"də dəyişiklik: Əfsanəni göndərdilər

İDMAN

01 Noyabr 2023 | 18:45 | Müəllif: Subhan Mahmudov

"Kəpəz"də dəyişiklik: Əfsanəni göndərdilər

"Kəpəz" klubunda növbəti ayrılıq baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə təmsilçisinin idman direktoru Mehman Allahverdiyev postundan uzaqlaşdırılıb. 

Əslində, bu, bir müddət əvvəl baş verib. Sadəcə nədənsə, rəhbərlik onun göndərilməsini rəsmən açıqlamır. Xəbəri bizə ötürən mənbə bunu, rəhbərliyin azarkeşlərin reaksiyasından çəkinməsi ilə izah edib. 

Allahverdiyev yalnız "Kəpəz" klubunun İdarə Heyətində üzv kimi saxlanılıb. Qeyd edək ki, yerli azarkeşlərin sevimlisi olan, "qərb təmsilçisi"nin keşmiş uğurlarının səbəbkarı Mehman Allahverdiyev idarə heyətinə yayda üzv qəbul olunmuşdu. O, idman direktoru postunda 2022-ci ilin iyunundan çalışırdı./fanat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026