• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qarabağ"ın rəqibindən “Top-5” liqalarda ilk REKORD

İDMAN

02 Noyabr 2023 | 09:38

"Qarabağ"ın rəqibindən “Top-5” liqalarda ilk REKORD

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, Leverkuzen təmsilçisi cari mövsüm Avropanın “Top-5” liqasında 50 qol həddini keçən ilk komanda olub.

Komanda son olaraq ölkə kubokunun 1/16 finalında "Zandhauzen"i 5:2 hesabı ilə məğlub edib.

Beləliklə, "Bayer 04" keçirdiyi 14 oyunda 51 qola imza atıb.

Qeyd edək ki, Bundesliqa klubu Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 5:1 hesabı ilə məğlub etmişdi. Bu komandalar arasında IV turun qarşılaşması noyabrın 9-da Bakıda baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026