• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

DÇ: Bu gün millimizin oyunu var

İDMAN

01 Noyabr 2023 | 09:40

DÇ: Bu gün millimizin oyunu var

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, turnirdə yoluna davam edən Azərbaycan millisi bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.

Elşad Quliyevin yetirmələri G qrupunda keçirdikləri hər üç görüşdə qələbə qazanmışdılarsa, Portuqaliya H qrupunu ikinci pillədə başa vurub. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026