UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu keçirilib.
Bakıvaxtı.az xəbər Norveçin yerli "Molde" klubu Ağdamın "Qarabağ" komandasını qubul edib.
"Aker" stadionunda keçirilən oyunda hesabı Ağdam təmsilçisi açıb. Belə ki, Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib. Lakin Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib.
Buna baxmayaraq, “Qarabağ” 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyaraq, məğlubiyyətdən qurtulub: - 2:2.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.
+++
00:08
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Aker” stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.
Görüşü belçikalı Erik Lambrextsin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
***
UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Molde" (Molde) və "Qarabağ"ın start heyətləri bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. maqnus Volf Eykrem, 9. Volon Berişa
Baş məşqçi: Erlinq Moe
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç,66. Patrik Andrade 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 6 xala malik komanda 2-3-cü yerləri bölüşdürürlər.