• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Avstriya yığmamızla oyun öncəsi heyətini AÇIQLADI

İDMAN

03 Oktyabr 2023 | 10:14

Avstriya yığmamızla oyun öncəsi heyətini AÇIQLADI

Avstriya yığmasının Belçika və Azərbaycan millilərinə qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunları üçün heyəti bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik 28 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 14-ü yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qapıçılar: Niklas Hedl ("Rapid"), Patrik Pents ("Bröndbu", Danimarka), Aleksander Şlager (“Zaltsburq”)

Müdafiəçilər: David Alaba ("Real", İspaniya), Samson Baydu (“Zaltsburq”), Flavius Danilyuk ("Salernitana", İtaliya), Kevin Dansa ("Lans", Fransa), Filip Lienhart ("Frayburq", Almaniya), Ştefan Poş ("Bolonya", İtaliya), Gernot Trauner ("Feyenoord", Niderland), Maksimilian Vöber ("Borussiya" Münhenqladbax, Almaniya)

Yarımmüdafiəçilər: Kristof Baumqartner, Ksaver Şlager, Nikolas Seyvald (hamısı “Leyptsiq", Almaniya), Məhəmməd Çam ("Klermont", Fransa), Florian Qrilliç ("Hoffenhaym", Almaniya), Marko Qrull, Mattias Seidl (hər ikisi "Rapid"), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi "Köln", Almaniya), Konrad Laymer ("Bavariya", Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Borussiya”, Dortmund, Almaniya), Romano Şmid ("Verder", Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya)

Hücumçular: Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Saşa Kalayciç (“Vulverhempton”, İngiltərə), Manprit Sarkaria ("Şturm")

Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026