• Bakı 24° C

    4.4 m/s

"Qarabağ"a qarşı oynamaqdansa..." - Amrabat

İDMAN

02 Sentyabr 2023 | 17:35

"Qarabağ"a qarşı oynamaqdansa..." - Amrabat

"Qarabağ" və LASK-a qarşı oynamaqdansa, belə klublarla mübarizə aparmağı üstün tuturam".

Bakıvaxtı.az xəbər verir ki, bunu Yunanıstanın AEK komandasının futbolçusu Nordin Amrabat UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

36 yaşlı vinger B qrupunda üz-üzə gələcəkləri “Ayaks” (Niderland), “Marsel” (Fransa) və “Brayton”un (İngiltərə) hörmətə layiq olduğunu söyləyib: "Onlara qarşı oynamaq çətindir. Lakin həmin görüşləri səbirsizliklə gözləyirəm. Karyeram ərzində heç vaxt "Ayaks"ı məğlub etməmişəm. Ümid edirəm ki, onlarla matçda xal qazana biləcəyik".

Qeyd edək ki, 2021-ci ildən AEK-in uğurları üçün çalışan mərakeşli oyunçu 2012 - 2015-ci illərdə Türkiyədə "Qalatasaray"ın formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026