DÇ-2024-ün elit mərhələsində oktyabrın 6-da Bakıda, 5 gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın 2-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmanın baş məşqçisi Vitali Borisov 14 oyunçuya dəvət göndərib.
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)
Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan).
Qeyd edək ki, daha əvvəl Rumıniyaya uduzan (1:3) Azərbaycan millisi Bakıda Niderlandı (6:1) məğlub edib.