Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təklifindən imtina edib.
Bakıvaxtı.az bildirir ki, bu barədə yerli Futbol Federasiyası məlumat yayıb.
Avstraliyalıların geri çəkilməsi favorit olan Səudiyyə Ərəbistanının şanslarını daha da artırıb.
Ərizələrin FİFA-ya göndərilməsi bu gün başa çatacaq.
Qeyd edək ki, 2026-cı ildə dünya çempionatını ABŞ, Kanada və Meksika birgə keçirəcək. 2030-cu ildə isə 6 ölkə - Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliya mundiala ev sahibliyi edəcək./ İdman.Biz
















