• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Qarabağ” vacib matça çıxır

İDMAN

30 Noyabr 2023 | 09:54

“Qarabağ” vacib matça çıxır

“Qarabağ” Avropa Liqasının 5-ci turu çərçivəsində “Molde”nin qonağı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, Norveçdə keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Bu qarşılaşma Azərbaycan klubu üçün həlledici ola bilər. Qurban Qurbanovun komandası qrupda “Molde” ilə eyni xala malikdir. Qrup lideri “Bayer”in növbəti mərhələyə adlamasından sonra ikincilik uğrunda bu iki komanda arasında mübarizə gedir. 

Azərbaycan təmsilçisi üçün səfərdən heç-heçə ilə dönmək də uğurlu nəticə sayıla bilər. Çünki “Qarabağ” son turda evdə qrupun autsayderi “Hekken”i qəbul edəcək. 

30 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur

00:00. “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika) 


SON XƏBƏRLƏR

26 Iyul 2024