• Bakı 24° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Arda üçün böyük fürsət - Bu matç...

İDMAN

29 Dekabr 2023 | 19:34 | Müəllif: Subhan Mahmudov

Arda üçün böyük fürsət - Bu matç...

"Real Madrid"in futbolçusu Arda Güler "Arandina"ya qarşı oyunda forma geyinə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Ardanın tamamilə sağaldığı və 4-cü Liqa komandasına qarşı meydana çıxmağa hazır olduğu bildirilir. "Marca" qəzetinin xəbərinə görə, komanda yoldaşları Milad tətilində olarkən Arda tək başına məşq etməyə davam edir. Milad tətilindən sonra komanda ilə məşqlərə başlaması gözlənilən Arda Gülerin 5 gün sonra La Liqada "Malyorka" ilə matçda iştirak etmə ehtimalı var. Lakin məşqçi heyəti tələsik qərar vermək istəmir. İspaniya Kral Kuboku matçlarının mövsümün ikinci yarısında başlaması Arda Güler üçün fürsət kimi qiymətləndirilir. "Real Madrid" "Malyorka" ilə oyundan iki gün sonra kubokun oyununda İspaniyanın 4-cü liqa komandası "Arandina"nı qəbul edəcək.

Komandadakı gənc istedadların, o cümlədən Ardanın da bu görüşdə meydana çıxa biləcəyi qeyd edilir./metbuat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026