• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Barselona” futbolçusunun evi ikinci dəfə qarət edildi

İDMAN

28 Yanvar 2024 | 17:25 | Müəllif: Subhan Mahmudov

“Barselona” futbolçusunun evi ikinci dəfə qarət edildi

“Barselona”nın müdafiəçisi Jül Kounde İspaniya Primerasının 22-ci turunun “Vilyarreal”la oyununda (3:5) iştirak edərkən, onun evi qarət edilib.

Bakıvaxtı.az xəbər verir ki, oğrular fransalı müdafiəçinin Sitjes şəhərində yerləşən evinə daxil olublar. Lakin hazırda Kundenin evindən dəqiq nəyin oğurlandığı barədə məlumat yoxdur.

Bu hadisə son bir il ərzində fransız futbolçunun evində baş verən ikinci oğurluq hadisəsidir. 2023-cü ilin aprelində Kundenin evi ilk dəfə soyğunçuların hücumuna məruz qalıb. Futbolçunun özü həmin anda “Betis”lə oyununda (4:0) iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026