• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mbappe ingilis klubunun 500 milyonluq təklifini RƏDD ETDİ

İDMAN

27 Fevral 2024 | 11:56

Mbappe ingilis klubunun 500 milyonluq təklifini RƏDD ETDİ

PSG-nin fransız futbolçusu Kilian Mbappe “Real Madrid”lə müqavilə bağlamazdan bir həftə əvvəl İngiltərənin "Manchester United" klubunun təklifini rədd edib.

Bakıvaxtı.az "Sky Sports"a istinadla bildirir ki, Mbappeyə 500 milyon avroluq müqavilə, həmçinin 200 milyon avroluq imza bonusu təklif olunub.

"Manchester United" İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir.

Mbappenin PSG ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. 2022-ci ilin mayında media Mbappenin PSG ilə yeni müqavilə imzaladığını yazıb. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna səs-küylü transfer hələ ki, baş tutmayıb. İspan mediasına görə, Los Blancos düşərgəsinə köçmək üçün ikinci cəhd bu yay uğur qazana bilər.

Fransa çempionatının cari mövsümündə Mbappe 21 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. Parislilər hazırda Liqa 1 turnir cədvəlində birinci yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026