• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xavi ilə bağlı şikayət nəticəsiz qalıb

İDMAN

27 Mart 2024 | 16:55

Xavi ilə bağlı şikayət nəticəsiz qalıb

İspaniyanın "Barselona" klubunun baş məşqçi Xavi Ernandeslə bağlı apellyasiya şikayəti nəticəsiz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası qərar qəbul edib.

"Atletiko"ya 3:0 hesabı ilə qalib gəldikləri XXIX turun matçında qırmızı vərəqə alan mütəxəssis iki qarşılaşmada texniki zonada yer almayacaq.

Beləliklə, Xavi "Las Palmas" və "Kadis"lə görüşləri tribunadan izləməli olacaq. Oyunlar müvafiq olaraq martın 30-da və aprelin 13-də gerçəkləşəcək. Xavi aprelin 21-də səfərdə "Real"a qarşı XXXII turun qarşılaşmasında texniki zonaya qayıdacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026