• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

2 qat dünya, 4 qat Avropa çempionu Bakıya gəlir

İDMAN

27 Mart 2024 | 21:25

2 qat dünya, 4 qat Avropa çempionu Bakıya gəlir

İtaliyalı 2 qat dünya, 4 qat Avropa çempionu Frank Çamiso aprelin 5-dən 7-dək Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UWW məlumat yayıb.

Sərbəst növdə 74 kq çəki dərəcəsində yarışacaq Çamiso keçən il Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında lisenziya qazana bilməyib.

İtaliyalı Bakıdakı turnirin hazırlıqlarının bir hissəsini Tokiodakı keçib. Ölkəmizi onun çəkisində Turan Bayramov təmsil edəcək.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turnirinin proqramına əsasən sərbəst güləşçilər aprelin 7-də xalçaya çıxacaqlar./idmanbiz

 


SON XƏBƏRLƏR

26 Aprel 2024