• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Qalatasaray" yenidən liderliyə yüksəldi

İDMAN

26 Fevral 2024 | 23:26 | Müəllif: Subhan Mahmudov

"Qalatasaray" yenidən liderliyə yüksəldi

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bağlanış oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib.

Bu nəticədən sonra xallarını 72-yə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 35 xalı olan "Antalyaspor" isə 9-cudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026