• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pelenin Braziliya millisindəki rekordu qırılıb

İDMAN

27 Mart 2024 | 14:22

Pelenin Braziliya millisindəki rekordu qırılıb

Əfsanəvi futbolçu Pelenin Braziliya millisindəki rekordu qırılıb.

Bakıvaxtı.az “Ok Diario” nəşrinə istinadən xəbər verir ki, yığmanın 17 yaşlı hücumçusu Endrik buna nail olub.

Forvard İspaniya (3:3) və İngiltərə (1:0) ilə yoldaşlıq matçlarında sonradan meydana çıxaraq fərqlənib. Ümumilikdə millidə iki qola imza atan oyunçu bunu meydanda olduğu 49 dəqiqədə bacarıb.

Pele Braziliya komandasında iki qolu 54 dəqiqəyə vurmuşdu.

Qeyd edək ki, hazırda "Palmeyras"da çıxış edən Endrik yayda İspaniyanın "Real" klubuna keçəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026