• Bakı 18° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

İDMAN

25 Aprel 2024 | 21:50

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda ispaniyalı Fransisko Qarriqosana məğlub olub.

Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda görüşdə Türkiyə təmsilçisi Salih Yıldıza uduzub.

52 kiloqram çəki dərəcəsində mübariz aparan Aydan Vəliyeva isə bürünc medal qarşılaşmasında macarıstanlı Reka Pupplaya yenilib.

Bununla da Azərbaycanın cüdo millisi Avropa çempionatının ilk gününü bir medalla başa vurub.

Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.


SON XƏBƏRLƏR

04 May 2024