İspaniyanın “FC Barcelona” komandası sabiq futbolçusu Dani Alvesin adını əfsanələr siyahısından çıxarıb.
Bakıvaxtı.az MARCA-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi təcavüz ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum olunan braziliyalı oyunçunun fotosunu klubun rəsmi saytından silib.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü 2008-2016 və 2021-2022-ci illər mövsümündə “FC Barcelona”da çıxış edib. O, İspaniya nəhənginin heyətində 6 dəfə La Liqanın, 4 dəfə Kral Kubokunun, 4 dəfə İspaniya Superkubokunun, 3 dəfə Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.