• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu gün II təsnifat mərhələsinə yekun vurulacaq

İDMAN

30 Noyabr 2023 | 09:26

Bu gün II təsnifat mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

"Şamaxı" "Zaqatala"nın, "Mingəçevir" isə "İmişli"nin qonağı olacaq. Hər iki görüş saat 13:30-da başlayacaq.

30 noyabr (cümə axşamı)

13:30. “Zaqatala” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)

13:30. “İmişli” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
İmişli şəhər stadionu (canlı, “CBC Sport”)

Qeyd edək ki, daha əvvəl "Karvan", "İrəvan", MOİK, "Səbail", "Turan Tovuz", "Qaradağ Lökbatan, "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" 1/8 finala vəsiqə qazanıblar.


SON XƏBƏRLƏR

26 Iyul 2024