• Bakı 17° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

DÇ-2034 bu ölkədə keçiriləcək

İDMAN

01 Noyabr 2023 | 00:58

DÇ-2034 bu ölkədə keçiriləcək

Futbol üzrə 2034-cü il dünya çempionatının final mərhələsinə ev sahibliyi edəcək ölkə açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino sosial şəbəkə hesablarında paylaşım edib. O, DÇ-2034-ün final mərhələsinin Səudiyyə Ərəbistanında keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, ötən gün Avstraliya DÇ-2034-ə ev sahibliyi etmək barədə namizədliyini geri çəkmişdi və yeganə namizəd Səudiyyə Ərəbistanı qalmışdı.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı 3 ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. 2030-cu ildə dünya çempionatının matçları isə İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda oynanılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026