“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Bayer 04”ü klub rekorduna imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, Leverkuzen təmsilçisi tarixində birinci dəfə Bundesliqanın ilk 6 turunda 16 xal toplayıb.
Komanda son olaraq VI turda “Maynts 05” üzərində 3:0 hesablı qələbə qazanıb. Xabi Alonsonun yetirmələri 5 qələbə, 1 heç-heçə ilə yadda qalıblar.
Qeyd edək ki, hazırda Bundesliqada liderlik edən “Bayer 04” VII tur çərçivəsində oktyabrın 8-də “Köln”lə qarşılaşacaq.