• Bakı 13° C

    8.42 m/s

"Barselona"nın Levandovski planı

İDMAN

01 Oktyabr 2023 | 23:34

Barselonanın Levandovski planı

"Barselona" rəhbərliyi futbolçusu Robert Levandovskini klubu tərk etməməsi üçün oyunçunun müqaviləsini uzatmaq variantını nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı klubları polşalı hücumçu ilə fəal maraqlanır. Klublar 35 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsinin bitməsinə 1 il qaldığı gələn yay onu transfer etməyə çalışacaq. 

Kataloniya təmsilçisinin Levandovski ilə müqaviləni daha bir il uzada biləcəyi vurğulanır. Bunun baş verib-verməyəcəyi futbolçunun oyun səviyyəsindən və klubda qalmaq istəyinin olub-olmamasından asılıdır. Hazırda Levandovski "Barselona"da xoşbəxtdir./qol.az


SON XƏBƏRLƏR

30 Noyabr 2023