• Bakı 20° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Levandovski Səudiyyə Ərəbistanında çıxış edə bilər

İDMAN

02 Oktyabr 2023 | 13:19

Levandovski Səudiyyə Ərəbistanında çıxış edə bilər

Səudiyyə Ərəbistanı klubları İspaniyanın "Barselona" klubunun və Polşa millisinin futbolçusu Robert Levandovskinin transferində israrlıdırlar.

Bakıvaxtı.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, onlar yayda 35 yaşlı hücumçudan mənfi cavab alsalar da, növbəti təkliflər üzərində işləyirlər.

Kataloniya təmsilçisi də təcrübəli forvardı komandada saxlamaq niyyətindədir. Son ölkə çempionu bunun üçün oyunçuya yeni müqavilə də təklif edəcək.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayında Almaniya "Bavariya"sından "Barselona"ya keçib və komanda ilə ölkə çempionu olub.


SON XƏBƏRLƏR

08 May 2025