• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avstraliya FİFA-ya müraciət etdi

İDMAN

04 Avqust 2023 | 12:34

Avstraliya FİFA-ya müraciət etdi

Avstraliya 2034-cü ildə kişilər arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya müraciət ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avstraliya Futbol Federasiyasının baş direktoru Ceyms Conson açıqlayıb.

Federasiya rəsmisi bildirib ki, qadınlar arasında dünya çempionatına uğurla ev sahibliyi etdikləri üçün bu qərara gəliblər: “Qadınlar arasında təşkil olunan mundialı digər yarışlar üçün tramplin kimi görürük. Diqqətimizi DÇ-2034-ə və 2029-cu ildə reallaşacaq klublararası dünya çempionatına yönəldəcəyik”.

Qeyd edək ki, hazırda Avstraliya və Yeni Zelandiyada qadınlar arasında dünya çempionatı keçirilir. Yarışa avqustun 20-də yekun vurulacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026