• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

AVRO-2024-ün maskotunun adı açıqlanıb

İDMAN

05 Iyul 2023 | 20:52 | Müəllif: Subhan Mahmudov

AVRO-2024-ün maskotunun adı açıqlanıb

Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi masqotunun adı açıqlanıb.

Bakıvaxtı.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyuncaq ayı olan talismana "Albert" adı verilib.

Bu ad Avropadakı məktəblilər arasında keçirilən səsvermədən sonra seçilib.

Qeyd edək ki, AVRO-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026