• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Benzema Səudiyyə Ərəbistanı klubunda

İDMAN

05 Iyun 2023 | 14:36

Benzema Səudiyyə Ərəbistanı klubunda

“Real Madrid”dən ayrılan Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, italyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, fransalı futbolçu “Əl-İttihad”la iki illik müqavilə imzalayıb. Tərəflərin sözləşməni daha bir mövsüm müddətinə artırmaq variantı var.

Sövdələşmənin maliyyə detalları məlum deyil. Bəzi mənbələr 35 yaşlı forvardın Səudiyyə Ərəbistanında ilinə 200 milyon avro qazanacağını yazırlar.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real Madrid”də çıxış edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026