• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu gün millimizin oyunu var

İDMAN

05 Iyul 2023 | 10:32

Bu gün millimizin oyunu var

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gələcək.

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq matç saat 18:45-də başlayacaq.

A qrupunun digər görüşündə İtaliya və Estoniya seçmələri qarşılaşacaqlar. Bu duel isə 13:30-da start götürəcək.

Azərbaycan millisinin heyəti:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qurbatov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026