• Bakı 20° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Millimizin üzvü Türkiyədə oynayacaq

İDMAN

03 Avqust 2023 | 16:20

Millimizin üzvü Türkiyədə oynayacaq

Bir neçə gün əvvəl “Kəpəz”lə müqavilə imzalayan Bəxtiyar Həsənalızadə klubunu dəyişməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. O, I Liqa təmsilçisi “Tuzlaspor”la anlaşıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü son olaraq “Sabah”ın formasını geyinib.

Onu da qeyd edək ki, “Kəpəz”də bu, yayın ilk belə ayrılığı deyil. Bir müddət əvvəl Gəncə klubu ilə iki illik müqavilə imzalamış Zamiq Əliyev daha sonra “Araz Naxçıvan”a keçib. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR