• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya və Belarus güləşçiləri üçün sevindirici XƏBƏR

İDMAN

02 Sentyabr 2023 | 14:56

Rusiya və Belarus güləşçiləri üçün sevindirici XƏBƏR

Rusiya və Belarusdan olan 209 güləşçi Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq dünya çempionatında iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı məlumat yayıb.

UWW hər iki ölkədən ümumilikdə 235 idmançının müraciət etdiyini bildirib, lakin 26 nəfər silahlı qüvvələr və təhlükəsizlik orqanlarına üzvlük səbəbindən rədd cavabı alıblar.

Qeyd edək ki, Rusiya və Belarus güləşçiləri sentyabrın 16-dan 24-dək davam edəcək dünya çempionatında neytral idmançı kimi mübarizə aparacaqlar. Onlar qızıl medal qazansa, ölkələrin himnləri səsləndirilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026