• Bakı 23° C

    4.75 m/s

Almanlar onu rekord qiymətə satdı

İDMAN

02 Sentyabr 2023 | 10:57

Almanlar onu rekord qiymətə satdı

Fransa millisinin futbolçusu Randal Kolo Muani PSJ-yə keçib.

Bakıvaxtı.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Almaniya "Ayntraxt"ından transfer olunub.

Frankfurt təmsilçisi bu keçiddən 95 milyon avro qazanıb. Bu isə klub tarixində rekorddur. Daha əvvəl Luka Yoviç 63 milyon avroya İspaniya "Real"ına transfer olunmuşdu.

Qeyd edək ki, Randal Kolo Muani ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 23 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026