• Bakı 20° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

“Barselona” “Mançester Siti”nin futbolçusu ilə anlaşdı

İDMAN

03 Avqust 2023 | 15:24

“Barselona” “Mançester Siti”nin futbolçusu ilə anlaşdı

İspaniyanın “Barselona” klubu İngiltərə “Mançester Siti”sindən Joau Kanselunu heyətinə qatmağa yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, portuqaliyalı müdafiəçi “Barsa”ya keçmək istəyir. Tərəflər şəxsi razılıq əldə ediblər.

Hazırda kataloniyalılar “Mançester Siti” ilə danışıqlar aparırlar. Klub Usman Dembelenin Fransa PSJ-sinə satışından əldə ediləcək vəsaitin bir hissəsini bu keçidə yönəltmək niyyətindədir.

2019-cu ildə “Yuventus”dan “Mançester Siti”yə transfer olunan Kanselu ötən mövsümü icarə əsasında Almaniyanın “Bavariya” klubunda keçirib. 27 yaşlı cinah oyunçusu keçən mövsüm 47 oyunda üç qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026