“Səbail” yay fasiləsində ilk transferini edib.
Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz”dən ayrılan Yusif Nəbiyevlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Qəbələ”, “Zirə” və “Sumqayıt”da çıxış edib.
















