• Bakı 23° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Keçmiş sevgilisinin şəkillərini yaydı, var-dövlətindən oldu

DÜNYA

01 Dekabr 2022 | 11:56

Keçmiş sevgilisinin şəkillərini yaydı, var-dövlətindən oldu

Belçikada sevgilisinin şəxsi şəkillərini yayan 38 yaşlı şəxsin 420 min avro dəyərində bütün əmlakı müsadirə edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, cütlük 2020-ci ildə ayrılıb. Ayrıldıqdan sonra 38 yaşlı belçikalı keçmiş sevgilisinin şəxsi görüntülərini internetdə yayımlayıb.

Belçikalı qadın keçmiş sevgilisi və “Google”u 2020-ci ilin dekabrında məhkəməyə verib. Qadının keçmiş sevgilisi məhkəmədə görüntüləri qisas almaq paylaşdığını etiraf edib. Məhkəmə görüntülərin silinməsinə qərar verib. Eyni zamanda, qadının hər şəklinə görə keçmiş sevgilinin 10 min avro ödəməsi qərara alınıb.

Daha sonra qadının vəkilləri ötən ilin sentyabrında yenidən məhkəməyə müraciət edərək 42 şəklinin hələ də internetdə dolaşdığını bildiriblər. Qadının vəkilləri onun keçmiş sevgilisindən internetdə yayılan hər görüntü üçün 10 min avrodan ümumilikdə 420 min avro alınması üçün icra prosesi tələb ediblər.

İcra hakimi 2022-ci ilin sentyabrında keçmiş sevgilisindən girov yolu ilə 420 min avro alınması ilə bağlı iddianı təmin edib. Beləliklə, kişinin evi də daxil olmaqla 420 min avro dəyərində bütün var-dövləti müsadirə edilib.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024