• Bakı C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

Kəmaləddin Heydərov rəisi işdən çıxardı - FOTO

CƏMİYYƏT

28 Noyabr 2024 | 15:35

Kəmaləddin Heydərov rəisi işdən çıxardı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Ələsgərov Elçin Rasim oğlu vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə mayor Bayramov Fərman Telman oğlu Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib. 

Fərman Bayramov bu təyinatadək Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub. 


SON XƏBƏRLƏR