2026-cı ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 %-i və ya 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə sərf olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, gələn il kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi tədbirləri üçün ümumilikdə 1,2 milyard manat vəsait nəzərdə tutulub.
Əli Hüseynov
Bakı 



