• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli prioritet məsələlərdən olacaq

SİYASƏT

19 Iyun 2024 | 10:24

Kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli prioritet məsələlərdən olacaq

İqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda 
“COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində bildirilib.

Müraciətdə, həmçinin qeyd olunub ki, bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi, nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcək.


SON XƏBƏRLƏR