• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kişi keçmiş arvadını uşaqlarının gözü qarşısında BALTALADI

HADİSƏ

20 Iyul 2022 | 09:37

Kişi keçmiş arvadını uşaqlarının gözü qarşısında BALTALADI

Qazaxda qadına xəsarət yetirən şəxs saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədov münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub. 

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Onların bir müddət əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verilib. (oxu.az)

Məlumata görə, hadisə azyaşlı uşağın gözü qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.

Məlumata görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahi əməliyyat olan qadının vəziyyəti ağır olaraq qalır.

Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026