• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şabranda baş verən yanğın Siyəzənə keçib

HADİSƏ

19 Avqust 2022 | 09:21 | Müəllif: Subhan Mahmudov

Şabranda baş verən yanğın Siyəzənə keçib

Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Şabran rayonunda 4 gündür davam edən yanğın Siyəzənə keçib.

Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Günovşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xızı, Siyəzən və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissələrindən 3 avtomobil və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026