• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yaralı hərbçimiz şəhid oldu - YENİLƏNİB

HADİSƏ

17 Sentyabr 2022 | 21:46

Yaralı hərbçimiz şəhid oldu - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə  Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.

***21:46

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.

Bakıvaxtı.az xəbər verir ki, yaralı hərbçimiz bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.

Bildirək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi.

O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026