Türkiyəli məşhur müğənni Sərdar Ortaç bu dəfə kişilərlə qadınlardan danışıb.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, sənətçi evində canlı yayım açaraq izləyiciləri ilə həmsöhbət olub.
Bu zaman kişi və qadın münasibətinə toxunan Sərdarın dedikləri izləyicilərini şok edib.
"İpinizi qadının əlinə çox verməyin, ayıbdır. Kişilər yazıqdır. Mən ipimi keçmiş həyat yoldaşıma verdim, nə oldu? Sən kişisən, kainatın yaradıcısısan. Sevdiyim qadın mənə deyir ki, Bodruma tətilə gedəcəm. Məni sevirsənsə, 3 gün boş vaxtımız var. Mənim yanımda qalardın",-deyə bildirib.
Qeyd edək ki, 2019-cu ildə həyat yoldaşı ilə boşanan müğənninin son zamanlar depressiyada olduğu bildirilir.
Xəyalə Rza








jpg-1694241857.webp)







